"Azərsu": Bu il Gəncə, Şəmkir və Samuxun içməli su problemi tam həll ediləcək


İqtisadiyyat 07 Yan 2020 18:30:10 124 0

"Azərsu": Bu il Gəncə, Şəmkir və Samuxun içməli su problemi tam həll ediləcək

Gəncə, Şəmkir, Samux şəhərlərinin və ətraf yaşayış məntəqələrinin içməli su problemi həll ediləcək

© Report

Bu ilGəncə, Şəmkir vəSamux şəhərlərinin, eləcə dəətrafdakı yaşayış məntəqələrinin içməli su problemi tam həll ediləcək.

Bu barədə“Report”a “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

"Həmin bölgələriniçməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Şəmkirçay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan məhsuldarlığı 140 000 m3/gün (1620 litr/san) olan sutəmizləyici qurğunun inşası yekunlaşıb. Hazırda qurğudanGəncə və Şəmkirəsuyun verilməsi təmin edilir.Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib. Bu qurğu Gəncənin 85 faizini su ilə təmin edəcək. Eyni zamanda Gəncəyə 27 km uzunluqda magistral su kəmərinin tikintisi də başa çatıb. Gəncənin Göygöl və Qızılqaya adlı iki mənbəyi var. Gəncənin su təminatının 15 faizi isə bu mənbə hesabına veriləcək.19 ədəd subartezian quyusunun fəaliyyəti dayandırılıb. İlin sonuna qədər 30-dan çox subartizan quyuları da ləğv ediləcək. Növbəti mərhələdə digərlərinin də ləğvi nəzərdə tutulur.Belə ki, şəhərdəsubartezian100-dən çox quyuları var", - o, qeyd edib.