Pakistanda qırıcı qəzaya uğradı: 2 pilot öldü


Dünya 07 Yan 2020 18:50:00 145 0

Pakistanda qırıcı qəzaya uğradı: 2 pilot öldü

Pakistanın şimalındakı Pəncab əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus F-7PG qırıcısı qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində hər iki pilot həlak olub.

Təyyarənin təlim uçuşu keçirdiyi bildirilib. Hadisənin səbəbləri Pakistan Müdafiə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır.