Avstriyada yeni hökumət formalaşıb


Dünya 07 Yan 2020 18:30:00 124 0

Avstriyada yeni hökumət formalaşıb

Avstriyada yeni kansler Sebastyan Kurtsun hökuməti and içib.

Son.az Trend-ə istinadən xəbər verir ki, andiçmə mərasimi ölkə prezidenti Aleksander van der Bellenin işlər idarəsində baş tutub.

Mərasimdən əvvəl prezident Avstriyanın ilk qadın kansleri Brigitte Birlyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, bu, S.Kurtsun rəhbərliyi altında ikinci hökumət olacaq. Bundan əvvəl Sebastyan Kurts 2017-ci ilin dekabrından 2019-cu ilin mayınadək kansler olub.