Amerika aviasiyası Suriyadakı İran bazasını yenə vurdu


Dünya 07 Yan 2020 17:55:00 267 0

Amerika aviasiyası Suriyadakı İran bazasını yenə vurdu

Amerika aviasiyası yanvarın 7-nə keçə gecə Suriyanın Deyr-əz-Zor əyalətində, İraqın Əbu-Kamal şəhəri yaxınlığında İran ordusunun və iranyönümlü qüvvələrin bazasına yeni raket zərbələri endirib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarələrdən istifadə etdiyi təxmin edilir. Salihiyyə yaşayış məntəqəsinin ətrafında yerləşən bazaya azı 4 raket zərbəsi endirilib, şahidlər bazada güclü partlayışlar olduğunu deyiblər.

"Shehab" informasiya agentliyi zərbələrin gecə yarısı endirildiyini bildirir. Eyni vaxtda İranın "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin və iranyönümlü şiə qruplaşmalarının döyüşçülərinin olduğu  bir neçə kazarma vurulub. İran tərəfinin itkiləri ilə bağlı məlumat verlmir. Tehrandan Amerika aviasiyasının gecə reydi haqda hər hansı şərh yoxdur.

Xatırladaq ki, bundan əvvəl də ABŞ İranyönümlü qüvvələrin Suriya və İraqdakı bazalarına zərbələr endirib.