Bayram günləri müştəri xidmətləri xüsusi rejimdə çalışıb


Digərləri 07 Yan 2020 17:49:41 162 0

Bayram günləri müştəri xidmətləri xüsusi rejimdə çalışıb

“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində müştəri xidmətləri sahəsində xeyli insanın müraciətinə baxıb.

Bakı. “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində müştəri xidmətləri sahəsində xeyli insanın müraciətinə baxıb. Qurumdan Trend-ə verilən məlumata görə, 2019-cu il dekabr ayının 31-dən 2020-ci il yanvar ayının 6-sı da daxil olmaqla 3070 xidmət göstərilib. Bunun 1873-ü Birliyin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Xırdalan, Mərdəkan və Sabunçu xidmət sahələri vasitəsilə həyata keçirilib. Qalan 1197 xidmət isə 6 yanvar tarixində “ASAN Kommunal” mərkəzlərində icra olunub. Ümumilikdə 70 halda sayğacın əvəz olunması təmin edilib. Xidmətlərin 80 %-i isə uğursuz əməliyyatlar və koda düşmüş kartların aktivləşdirilməsi ilə bağlıdır.