Bakıda yağışlı havada iki taksi toqquşdu ANBAAN VİDEO


Digərləri 07 Yan 2020 17:32:00 132 0

Bakıda yağışlı havada iki taksi toqquşdu  ANBAAN VİDEO

Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Üzərində taksi nişanı olan "Daweoo gentra" markalı avtomobil yolun hərəkət hissəsində qəza işıqlarını yandıraraq dayanıb.

Arxadan gələn "Opel" markalı digər taksi sürücüsü isə onu vurur. Maraqlıdır ki, manevr imkanı olduğu halda ikinci sürücü nə sola çəkilir, nə də əyləci basır. Ehtimal olunur ki, "Opel" sürücüsünün sükan arxasında başı qarışıq olub və son anda digər avtomobili görüb. 

Videonu təqdim edirik: