Azərbaycan ərazisinin 12,4%-i yüksək ekoloji riskli sahələrdir


Digərləri 07 Yan 2020 17:42:00 99 0

Azərbaycan ərazisinin 12,4%-i yüksək ekoloji riskli sahələrdir

Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir. AMEA Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, buna "Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi–coğrafi və siyasi problemləri" mövzusunda aparılan tədqiqat nəticəsində gəlinib. Tədqiqat nəticəsində ilk dəfə təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və “Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilib.