Məşhur mebel istehsalçısı ölümünə səbəb olduğu uşağın ailəsinə təzminat ödəyəcək


İqtisadiyyat 07 Yan 2020 15:35:44 124 0

Məşhur mebel istehsalçısı ölümünə səbəb olduğu uşağın ailəsinə təzminat ödəyəcək

Məşhur mebel istehsalçısı ölümünə səbəb olduğu uşağın ailəsinə təzminat ödəyəcək

İsveçin mebel nəhəngi IKEA ölümünə səbəb olduğu2yaşlı uşağın ailəsinə 46milyon ABŞ dolları təzminat ödəyəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə2017-ci ildə ABŞ-da baş verib. Şirkətin istehsalı olan şifoner aşıb və uşaq onun altında qalaraq ölüb. Bundan sonra daha 2 uşaq eyni səbəbdən həyatını itirib və IKEA həmin mebeli geri çağırmağa qərar verib. Amma ölmüş uşaqlardan birinin ailəsi istehsalçını məhkəməyə verib və işdə qalib gəlib.

”Heç bir razılaşma faciəli hadisələrin nəticəsini aradan qaldıra bilməz.Ancaq bu məhkəmə işində razılığa gəldiyimizə görə şadıq” – deyə IKEA-nın sözçüsü bildirib.

Faciənin yaşandığı ailə təzminatın1 milyon dollarını uşaqları təhlükəli məhsullardan qorumaq üçün fəaliyyət göstərən təşkilatlara bağışlayacağını açıqlayıb.