"Onu türmədə zorlayacaqlar" 10 yaşlı Nərminin qətlinə efirdə


Şou-biznes 07 Yan 2020 15:26:00 389 0

"Onu türmədə zorlayacaqlar"  10 yaşlı Nərminin qətlinə efirdə

Ay özlərinə kişi deyib, qızları qaçırdıb zorlayıb, onların başına oyun açıb öldürən kişilər, əgər sizin qeyrətiniz, namusunuz varsa, gedin könüllü olaraq yazın ki, "Mən Qarabağa getmək istəyirəm". Vurun sinənizə bombanı, gedin girin ermənilərin içinə partlayın ölün, heç olmasa, gorunuza söyməsinlər. Desinlər ki, iki erməni öldürdü.

Son.az xəbər verir ki, bu sözləri Tarix Əliyev (Tolik) "Hər şey daxil"də Tovuzda öldürülərək yandırıldığı üzə çıxan 10 yaşlı Nərmin olayı ilə bağlı danışarkən deyib.

Aparıcı azyaşlılara qarşı vəhşilik edənləri efirdən təhqir edib:

"Bu qızın nə günahı var idi?! Sonra da deyirlər ki, niyə danışırsan. Ən pis şeylər bölgələrimizdən gəlir Bakıya çıxır. Rayonlarımızda içir sərxoş olur, gedir 10 yaşlı bacısı qızını zorlayıb. Sonra da ayılıb, utanmaya-utanmaya deyir ki, "Sərxoş idim, bilmirdim". Ə, sərxoş idin get özünü as öldür, özünə nə isə elə. Biri deyir borcu var idi mənə, qapını döydüm gördüm evdə uşaqdı, əsəbiləşdim, onu zorladım, Ondan heyifimi çıxdım". Nə qədər alçaq ola bilərsiniz axı?"