Baş prokurorun müavini Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək


Digərləri 07 Yan 2020 15:26:00 117 0

Baş prokurorun müavini Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokurorun müavini Namiq Əsgərov yanvarın 10-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il yanvarın 10-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Balakən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.