Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində pilot layihə hazırlayır


Digərləri 07 Yan 2020 15:14:34 139 0

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində pilot layihə hazırlayır

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Trend-ə açıqlamasında bərpa olunan enerji mənbələri sahəsində layihələrin icra olunmasından və bunun üçün görülən tədbirlərdən danışıb

Bakı. Anastasiya Savçenko - Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Trend-ə açıqlamasında bərpa olunan enerji mənbələri sahəsində layihələrin icra olunmasından və bunun üçün görülən tədbirlərdən danışıb. Bərpa olunan mənbələrin məqsədi barədə Bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsinin əsas məqsədi əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlığın dəstəklənməsidir. Dövlət başçısının 29 may 2019-cu il tarixli “Azərbaycan Respublikasının enerji sektorunda islahatların sürətləndirilməsi haqqənda” sərəncamına əsasən, Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviq olunması, əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlığın fəaliyyətinin dəstəklənməsi üzrə tədbirlər görmək, eləcə də “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanunun hazırlanması tapşırılıb. Bu layihə artıq hazırdır və razılaşdırma mərhələsindədir. Energetika Nazirliyi müvafiq dövlət strukturları ilə birgə bərpa olunan enerji mənbələrinin istifadəsi üçün potensiala malik sahələrin prioritetliyini müəyyən edib. Bu sahənin inkişafında maraqlı olan şirkətlərlə memorandumlar imzalanıb. Prioritet sahələrin sayı səkkizdir və əsasən Bakı şəhərinin ətrafında, eləcə də Abşeron və Xızıda yerləşir. Bu sahələr özəl investorlara təqdim olunub və investorlardan müvafiq təkliflər alınıb. Bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviqi və bu sektora özəl investisiyaların cəlb olunması məqsədilə dövlət başçısının 5 dekabr 2019-cu il tarixli “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin reallaşdırılması üzrə tədbirlər haqqında” sərəncamı imzalanıb. Sərəncam çərçivəsində müvafiq komissiya yaradılıb. Hazırda sərəncamda nəzərdə tutulan tədbirlər görülür və müvafiq sahələrdə işçi qruplar yaradılıb. Layihələrin iqtisadi məqsədəuyğunluğu Energetika Nazirliyi Asiya İnkişaf Bankının maliyyə və texniki dəstəyi ilə “Üzən günəş panellərinin hazırlanması üçün biliklərin mübadiləsi və texniki dəstək üzrə” pilot layihəsini reallaşdırır. Layihə Böyükşor gölündə 100 kilovatt gücündə günəş panelləri sisteminin yaradılmasını, eləcə də günəş enerjisinin istifadəsində özəl sektorun iştirakının təşviq olunmasını və tədris vasitəsilə milli potensialı möhkəmləndirmək üçün biznes modellərin formalaşdırılmasını nəzərdə tutur. Hazırda tenderlər keçirilir, müvafiq şirkətlər seçiləndən sonra tikinti başlayacaq. Bərpa olunan enerji mənbələri vasitəsilə enerji istehsalının şaxələndirilməsi təkcə enerji təhlükəsizliyinə xidmət etməyəcək, həm də iqlim dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasındakı öhdəliklərin icrasına, eləcə də Azərbaycana xarici investisiyaların cəlb olunmasına yol açacaq. Alternativ enerji mənbələrinin tətbiqi potensialı