İranın BMTdəki nümayəndəsi: Ayətullahın müqəddəs əmri var, nüvə silahı...


Dünya 07 Yan 2020 15:08:00 141 0

İranın BMTdəki nümayəndəsi: Ayətullahın müqəddəs əmri var, nüvə silahı...

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi Tehranın nüvə silahına sahibi olmaq niyyətində olmadığını açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Təxt-Rəvançi ölkənin ali dini lideri ayətullah Əli Xameneinin nüvə silahına sahib olmağı qadağan edən "açıq və müqəddəs əmri"nin olduğunu bildirib.

Təxt-Rəvançi, həmçinin ölkənin müdafiə doktrinasında bu cür silaha yer olmadığını da qeyd edib.

"Biz nüvə silahına sahib olmaq arzusunda deyilik", - diplomat qeyd edib.