Psixotrop maddə satan Astara sakinləri saxlanılıblar FOTO


Digərləri 07 Yan 2020 13:46:00 148 0

Psixotrop maddə satan Astara sakinləri saxlanılıblar  FOTO

Psixotrop maddə satan Astara sakinləri saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd zakini Elzamin Feyruzzadə 1 bükümdə çəkisi 0,2 qram psixotrop maddə olan metamfetamini satarkən cinayət başında saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq satış məqsədi ilə saxladığı 11 büküm metamfetamin aşkarlanaraq götürülüb.

Davam edən əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, E.Feyruzzadə həmin psixotrop maddəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Həbib Muxtarovdan əldə edib. H.Muxtarov polis əməkdaşları tərəfindən Şahağacı kəndi ərazisində saxlanılıb və üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 13 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.