Avropanın ən böyük nəqliyyat operatoru Azərbaycan ilə yükdaşıma əməliyyatlarını genişləndirəcək


İqtisadiyyat 07 Yan 2020 13:37:22 135 0

Avropanın ən böyük nəqliyyat operatoru Azərbaycan ilə yükdaşıma əməliyyatlarını genişləndirəcək

Avropanın ən böyük nəqliyyat operatoru “P&O Ferrymasters” Azərbaycan, Gürcüstan, İraq və Mərkəzi Asiya ölkələri ilə yük daşıma istiqamətində iddialı genişlənmə planlarını açıqlayıb

Avropanın ən böyük nəqliyyat operatoru “P&O Ferrymasters”Azərbaycan, Gürcüstan, İraq vəMərkəzi Asiya ölkələri ilə yük daşıma istiqamətində iddialı genişlənmə planlarını açıqlayıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “P&O Ferrymasters”in yükdaşıma üzrə direkoru Murat Bog bildirib ki, İstanbulda artıq fəaliyyət göstərən qovşaq Türkiyə-Avropa yükdaşıma əməliyyatlarını həyata keçirir, və o, baza qismində istifadə olunacaq: "Ammaİzmirdə, Bursada, Mersində vəQazientəpədəaçılacaq ofisləri vasitəsi ilə isəTürkiyədəhərtərəfli bir şəbəkəni inkişaf etdirəcək".

O deyib ki, bu genişləndirmə həm Avropa, həm də Asiyada imkanlarımızı daha da gücləndirəcək: “Əlimizdən gələni edirik ki, çətin loqistik çağırışları həll edək. Hazırda biz Avropa və Türkiyə arasındayükdaşıma vəintermodal xidmətləri təklif edirik. Azərbaycan, Gürcüstan, İraq, Qazaxıstan, Türkmənistan və Özbəkistana yükdaşıma ilə bağlı gediş-gəliş cədvəlimizi quraraq Türkiyəni bütün Yaxın Şərq, Rusiya və Ukraynaya daxil olan müştərilər üçün mərkəzimizə çevirməyi planlaşdırırıq".