Heydər Əliyev prospektində qəza - Yolda tıxac yarandı (FOTO)


Digərləri 07 Yan 2020 13:38:45 217 0

Heydər Əliyev prospektində qəza - Yolda tıxac yarandı (FOTO)

Bakının əsas prospektlərindən birində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakının əsas prospektlərindən birində yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza saat 12 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. Bakı Nəqliyyat Agentliyinin mətuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, adıçəkilən prospektin "Koroğlu" metrosu istiqamətində həm əsas, həm də köməkçi yolda nəqliyyat vasitələrin hərəkətində sıxlıq müşahidə olunub.