TAP Avropada daha təmiz enerji mənbələrinə keçidə şərait yaradacaq


Digərləri 06 Yan 2020 21:50:00 159 0

TAP Avropada daha təmiz enerji mənbələrinə keçidə şərait yaradacaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) qitədəki enerjinin ekoloji cəhətdən daha təmiz mənbələrə keçməsinə şərait yaradacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə TAP-ın səhmdarlarından biri olan İspaniyanın "Enagas" şirkəti məlumat verib.

Bildirilib ki, "Enagas" TAP layihəsində 16% paya sahibdir:

"Enagas üçün TAP çox vacib bir layihədir, çünki bu, Avropanın ən vacib qaz dəhlizidir. TAP Avropada enerji təhlükəsizliyi və şaxələndirilməyə töhfə verəcək. Bu, Xəzər dənizindən Cənub-Şərqi Avropaya sərfəli və səmərəli nəqliyyat marşrutudur".

Şirkətdən qeyd ediblər ki, TAP Avropada enerji keçidini asanlaşdıran, kömür kimi enerji qaynaqlarının təbii qazla əvəzlənməsini asanlaşdıran əsas layihədir.

TAP, həmçinin keçdiyi ölkələrə xarici sərmayələrin cəlb olunmasına kömək edir.