Nişanlısı Cenifer Lopezi ağlatdı


Digərləri 06 Yan 2020 18:26:00 150 0

Nişanlısı Cenifer Lopezi ağlatdı

Ağlamaqdan üzü qızaran Cenifer Lopez böyük çərçivəli eynəyi ilə gözlərini gizlədib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, tez-tez səmimi görüntüləri yayımlanan məşhur cütlük Cenifer Lopez və nişanlısı Aleks Rodrigez mübahisə edərkən kameralara tuş gəliblər.

Belə ki, Rodrigez telefona baxaraq Ceniferə nəyisə izah edərkən müğənni göz yaşlarına hakim ola bilməyib və ağlamağa başlayıb. Daha sonra müğənni böyük çərçivəli eynəyini taxıb və maşından enərək idman zalına yollanıb.

Qeyd edək ki, 50 yaşlı Cenifer və 44 yaşlı Aleksin bu il evlənəcəkləri iddia edilir.