Gəncə sakinindən tapança götürüldü


Digərləri 06 Yan 2020 17:40:00 130 0

Gəncə sakinindən tapança götürüldü

B.Səmədovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Bakı. Gəncə şəhəri BPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.