Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad


Digərləri 06 Yan 2020 17:33:00 142 0

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad

Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.

Son.az bildirir ki, Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.

Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.

2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.