Bakıda yarımtikilidə gizlədilən 1 kq 510 qram heroin aşkarlanaraq götürülüb


Sosial 06 Yan 2020 17:23:47 147 0

Bakıda yarımtikilidə gizlədilən 1 kq 510 qram heroin aşkarlanaraq götürülüb

Bakıda&yarmıtikilidə gizlədilən 1&kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb.&

Bakıdayarmıtikilidə gizlədilən 1kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülüb.