Azərbaycanda məhdud sayda istifadə olunan "sürətlər kralı" - Yarım əsrlik rekord


Digərləri 06 Yan 2020 17:21:46 143 0

Azərbaycanda məhdud sayda istifadə olunan "sürətlər kralı" - Yarım əsrlik rekord

Yapon hərbi analitiki Mori Kentaro "Yahoo News Japan"dakı bloqunda MiQ-25 qırıcısı ilə bağlı təəssüratlarını bölüşərək onun "dünyanın ən sürətlisi" olduğunu qeyd edib

Bakı. MiQ-25 qırıcısı "dünyanın ən sürətlisi" adlandırılıb. Trend-in məlumatına görə, yapon hərbi analitiki Mori Kentaro "Yahoo News Japan"dakı bloqunda yazıb ki, MiQ-25 hələ də yüksək sürətli hərbi qırıcılar arasında dünyada "bir nömrədir". Məqalədə deyilir ki, qırıcı 1962-ci ildə 80 kilometr radiuslu 500 kilometrlik marşrutda orta saat sürəti 2981.5 km-ə çataraq dünya rekordu qoyub. Ancaq əvvəlki kimi o rekordu heç kim keçə bilməyib. Qeyd olunur ki, MiQ-25 Sovet İttifaqında 1960-cı illərdə ABŞ-da yaradılan "3M sinifli" hərbi təyyarələrə qarşı istehsal edilib. Bunlara A-12 (SR-71 Blackbird) kəşfiyyat və XB-70 strateji bombardmançı təyyarələri daxildir. Müəllif mühaəndislərin qırıcının sürət yığması zamanı həddindən artıq yüksək temperatur problemini həll edə bildiklərini, alüminium ərintilərindən fərqli olaraq temperatur və gücə böyük müqavimət göstərən xüsusi polad ərintilər yaratdıqlarını vurğulayıb.