Bakıda oğrular qarət etdikləri evi yandırıblar - VİDEO


Sosial 06 Yan 2020 17:04:38 130 0

Bakıda oğrular qarət etdikləri evi yandırıblar - VİDEO

​Binəqədidə oğrular evi soyub, sonra ona od vurublar

Bakıda oğru və ya oğrular qarət etdikləri evi yandırıblar.

“Report”un məlumatına görə, hadisə yanvarın 5-də axşam saatlarındaBinəqədi rayonu Kənd Binəqədi yaşayış massivində törədilib.

Qalib Məmmədova məxsus ümumi sahəsi100 kvadratmetr olan 4 otaqlı yaşayış eviyanıb.

Hadisənin əsil səbəbi isəyanğın söndürüləndən sonra ortaya çıxıb.İlkin araşdırma zamanı məlum olub ki, oğru və ya oğrular evi yandırmazdan əvvəl qarət ediblər. Onlarpəncərənin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar. Evdən3 radiator, 1 televizor, 5000 manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Daha sonraizi itimək üçün evi yandırıblar.

Ev sahibi hadisə ilə bağlı Binəqədə rayonu 43-cü Polis Bölməsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək