Rusiyada dəhşətli qəza:


Dünya 06 Yan 2020 16:54:00 168 0

Rusiyada dəhşətli qəza:

Rusiyanın Kurqan vilayətində dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, Yekaterinburq-Şadrinsk-Kurqan yolunda hərəkətdə olan "Toyota Wishi" markalı avtomobil qarşı yola çıxaraq əks istiqamətdə gələn "Lexus RX-350" markalı avtomobillə toqquşub.

"Toyota" zərbənin təsirindən "Hyundai Solaris" markalı digər avtomobilə dəyib.

Qəza nəticəsində dörd nəfər, o cümlədən bir uşaq ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan da üçünün azyaşlı olduğu bildirilir.

Məlumata görə, "Toyota"dakıların hamısı bir ailənin üzvü olub. Avtomobilin sürücüsü hadisə yerində, bir qadın isə xəstəxanada ölüb. 9 və 10 yaşlı iki oğlan xəstəxanaya yerləşdirilib.

"Hyundai" markalı avtomobildə olan daha bir ailənin iki üzvü - 1986-cı il təvəllüdlü qadın və 11 yaşlı qız hadisə yerində ölüb, sürücü və 6 yaşlı oğlan isə xəstəxanaya çatdırılıb.