Bakıda evdən seyf aparıldı - 21 min dollar və 6 min manat


Digərləri 06 Yan 2020 16:20:29 152 0

Bakıda evdən seyf aparıldı - 21 min dollar və 6 min manat

Onunla birlikdə quldurluq edən daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.

Bakı. Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Onunla birlikdə olan daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.