Bərdədə taksi sürücüsü bıçaqlandı


Kriminal 06 Yan 2020 15:23:00 163 0

Bərdədə taksi sürücüsü bıçaqlandı

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Lənbərən kəndi ərazisində baş verib.

Belə ki, rayonun Yeni qəsəbə adlanan ərazisində yaşayan 1976-cı il təvəllüdlü Əhmədov Kamil Çingiz oğlunun avtomobilinə əyləşən şəxsiyyəti hələ ki məlum olmayan gənc oğlan K.Əhmədovu Lənbərən kəndi ərazisinə apararaq orada bıçaqlayıb.

Yaralı ətrafda olan kənd sakinlərinin köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.