Gəncədə 1 manata görə adam öldürən şəxs


Digərləri 06 Yan 2020 14:51:00 152 0

Gəncədə 1 manata görə adam öldürən şəxs

Gəncədə tanınmış idmançının oğlunu pul üstündə qətlə yetirməkdə təqsirli bilinən Emil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il Gəncədə yerləşən "Miraj" çay evinin qarşısında baş verib. 1 manat üstündə yaranmış mübahisə nəticəsində 1995-ci il təvəllüdlü şəxs Elnur Alıyev bıçaqla qətlə yetirilib. 

Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.