Güclü duman səbəbindən Bakıya qayıdan təyyarə yenidən Həştərxana yola düşüb - YENİLƏNİB


İqtisadiyyat 06 Yan 2020 14:39:00 143 0

Güclü duman səbəbindən Bakıya qayıdan təyyarə yenidən Həştərxana yola düşüb - YENİLƏNİB

​“Buta Airways”in təyyarəsi duman səbəbindən Həştərxan hava limanına enə bilməyib

Həştərxan hava limanındakı güclü duman səbəbindən Azərbaycana qayıdan “Buta Airways”in təyyarəsi Bakı vaxtı ilə saat 13:05-də yenidən Həştərxana yola düşüb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

*** 11:51

Həştərxan hava limanına enə bilməyən “Buta Airways”in təyyarəsi Bakının hava limanına qayıdıb.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilib ki,təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır.

Hava gəmisiyerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) həyata keçirir.