“Mercedes” yol kənarındakı “Opel”i vurdu - Sürücü öldü


Digərləri 06 Yan 2020 14:48:00 144 0

“Mercedes” yol kənarındakı “Opel”i vurdu - Sürücü öldü

R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb

Bakı. Yanvarın 4-də saat 9 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini T.Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarında dayanmış "Opel" markalı avtomobili və onun sürücüsü, Bakı şəhər sakini Rəfayel Hüseynovu vurub. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, nəticədə R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.