Bakıdan Həştərxana uçan təyyarə geri qayıdıb


Digərləri 06 Yan 2020 12:39:00 165 0

Bakıdan Həştərxana uçan təyyarə geri qayıdıb

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq "Buta Airways"in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Son.az xəbər verir ki, aviaşirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.