Azərbaycanda Milli Ödәniş Sistemi vasitəsilə hәyata keçirilәn ödәnişlәrin sayı artıb


Digərləri 06 Yan 2020 12:18:00 92 0

Azərbaycanda Milli Ödәniş Sistemi vasitəsilə hәyata keçirilәn ödәnişlәrin sayı artıb

Ödәniş sistemlәrinin sabit, fasilәsiz, tәhlükәsiz fәaliyyәti vә inkişafı 2019-cu ildәdә Mәrkәzi Bankın mühüm fәaliyyәt istiqamәtlәrindәn olub.

Bakı. Ödәniş sistemlәrinin sabit, fasilәsiz, tәhlükәsiz fәaliyyәti vә inkişafı 2019-cu ildәdә Mәrkәzi Bankın mühüm fәaliyyәt istiqamәtlәrindәn olub. Bankdan Trend-ə verilən məlumata görə, Milli Ödәniş Sistemi (MÖS) vasitәsilә 2019-cu ilin 11 ayında hәyata keçirilәn ödәnişlәrin sayı 41% artıb, ödәnişlәrin hәcmi ÜDM-in 3.3 mislini tәşkil edib. Büdcә ödәnişlәri vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılmış "Hökumәt Ödәniş Portalı”nın (HÖP) imkanlarının genişlәndirilmәsi davam etdirilib. Hazırda bu infrastruktura 12 mәrkәzi icra hakimiyyәti orqanı, 4 kommunal xidmәti müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 106 mәhkәmә orqanı,18 sığorta şirkәti, 1438 bәlәdiyyә orqanı vә digәr sosial әhәmiyyәtli qurumlar inteqrasiya olunub. Bu gün HÖP-ә inteqrasiya olunmuş qurumlar üzrә 550-dәn çox xidmәt üzrә ödәnişlәrin toplanılması tәmin olunur. Bu xidmәtlәr üzrә ödәnişlәr 30 bank vә "Azәrpoçt” MMC-nin 2500-dәn çox 8 filial vә şöbәlәrindә, 1300-ә yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr. Cari ildә portalda emal olunan әmәliyyatların sayı 24%, hәcmi isә 27% artıb.