Rassel Krou "Qızıl Qlobus" mükafatını almağa gəlməyib


Digərləri 06 Yan 2020 08:54:57 107 0

Rassel Krou "Qızıl Qlobus" mükafatını almağa gəlməyib

Aktyor Rassel Krou "Qızıl Qlobus"u qazanıb, lakin Avstraliyadakı yanğınlar səbəbiylə ABŞ-da keçirilən mərasimə qatılmayıb

Bakı. Aktyor Rassel Krou "The Loudest Voice" serialında oynadığı rola görə "Qızıl Qlobus"u qazanıb, lakin Avstraliyadakı yanğınlar səbəbiylə ABŞ-da keçirilən mərasimə qatılmayıb. Hollywood Xarici Mətbuat Assosiasiyasının (HFPA) yetmiş yeddinci "Qızıl Qlobus" mükafatlandırma mərasimi bazar günü Los-Ancelesdə keçirilib və NBC telekanalında canlı yayımlanıb. Yeni Zelandiyada anadan olan, lakin əsasən Avstraliyada yaşayan aktyor mükafatlandırma mərasimində iştirak etməyib. Təşkilatçıların sözlərinə görə, aktyor ailəsini ölkəni bürüyən yanğınlardan qorumaq üçün evdə qalıb. Mərasimdə oxunan mesajda aktyor tuğyan edən fəlakətin insan fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb.