Bundesver İraqdakı qüvvələrinin rotasiyasını dayandırır


Dünya 06 Yan 2020 08:39:00 128 0

Bundesver İraqdakı qüvvələrinin rotasiyasını dayandırır

Bundesver (Almaniyanın silahlı qüvvələri) İraqda "İŞİD" terror qrupuna qarşı mübarizə üçün beynəlxalq missiyada iştirak edən qüvvələrinin rotasiyasını dayandırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə AFR-ın Müdafiə Nazirliyinin mətbuat xidməti "Twitter" səhifəsində xəbər yayıb.

Məlumatda qeyd edilir: "İraqdakı vəziyyətin gedişatı səbəbiylə Bundesverin baş müfəttişi (komandanı) Eberhard Zorn ölkədəki silahlı qüvvələr kontingentinin rotasiyasını təxirə salmağa qərar verib".