Pompeo Venesuela parlamentində postunu itirmiş Quaydonu təbrik edib


Dünya 06 Yan 2020 07:59:41 112 0

Pompeo Venesuela parlamentində postunu itirmiş Quaydonu təbrik edib

​Pompeo Venesuela parlamentində postunu itirmiş Quaydonu təbrik edib

Venesuela parlamenti rəsmi iclasda müxalifətçi Xuan Quaydonun yerinə deputat Luis Parranı yeni spiker seçib.

“Report” xəbər verir ki, Quaydo yerli qəzetlərdən birinin redaksiyasında tərəfdarları ilə görüş təşkil edərək vəzifəsindən kənar olunması ilə razılaşmadığını bildirib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo Quaydonun vəzifəsindən kənar edilməsini dəstəkləmədiyini bildirib. Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton əvvəlki kimi müxalifətçini Milli Məclisin sədri və müvəqqəti prezident hesab edir.

"Xuan Quaydonu Milli Məclisə yenidən seçilməsi münasibətilə təbrik edirəm... Yalnız azad və dürüst prezident seçkilərini təşkil edən keçid hökuməti böhrana son qoya bilər", - Pompeo bildirib.

Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar 57 dövlətlə birlikdə Quaydoya qanuni spiker kimi baxmaqda davam edir.