Xorvatiyada Zoran Milanoviç prezident seçkilərinin qalibi olub


Dünya 06 Yan 2020 08:06:00 129 0

Xorvatiyada Zoran Milanoviç prezident seçkilərinin qalibi olub

Xorvatiya Dövlət Seçki Komissiyasının nəticələrinə görə, keçmiş Baş nazir Zoran Milanoviç 5 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, seçicilərin 52,7%-i Zoram Milanoviçə səs verib.

Məlumatda prezident seçkiləri zamanı 3,8 milyondan çox seçicidən təxminən 55 faizinin səs vermədə iştirak etdiyi bildirilir.

Xorvatiyada Prezident beş ildə bir dəfə seçilir.