Keçən il Gürcüstanda gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb


Dünya 06 Yan 2020 07:11:00 155 0

Keçən il Gürcüstanda gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb

Keçən il Gürcüstanda gündəlik istehlak mallarının hamısının qiymətində bahalaşma qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2019-cu ildə alkoqolsuz içkilərin qiyməti 2018-ci illə müqayisədə 12,3 faiz artıb. Hesabat dövründə ən çox fındıq və üzümün qiymətində artım olub - 31,9 faiz.

Bahalaşmaya görə ikinci yerdə 14,8 faizlə ət və ət məhsulları, üçüncü yerdə isə 14,2 faizlə balıq və balıq məhsulları dayanır.

Keçən il tərəvəz və digər bostan məhsullarının qiyməti 14,1 faiz, süd, pendir və yumurtanın qiyməti 13,5 faiz, qənd və digər şirniyyat məmulatlarının qiyməti 10,7 faiz, çay, kofe və kakaonun qiyməti isə 5 faiz artıb.