ABŞ rusların taktikasını ukraynalılardan öyrənir


Dünya 05 Yan 2020 13:48:00 121 0

ABŞ rusların taktikasını ukraynalılardan öyrənir

ABŞ ordusu Ukrayna silahlı qüvvələrilə sıx əməkdaşlıq edir və onların təcrübəsindən istifadə edir.

Son.az axar. az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O, amerikalı hərbçilərin ukraynalı əsgər və zabitlərdən rus taktikası, rus texnikası, rusların öz texnikalarını əraziyə çatdırma üsulu haqda məlumat aldıqlarını, rusların necə müharibə apardıqlarını anlamağın onlar üçün vacib olduğunu qeyd edib.

Diplomatın sözlərinə görə, amerikalı hərbçilər ukraynalıların sayəsində dron və artilleriyaya qarşı necə mübarizə aparmaq lazım olduğunu, informasiya müharibəsinin necə aparıldığını mənimsəyiblər.