Avstriya İran və ABŞa sammit təklif edir


Dünya 05 Yan 2020 13:22:00 104 0

Avstriya İran və ABŞa sammit təklif edir

Avstriya Xalq Partiyasının sədri və ölkənin gələcək kansleri Sebastian Kurts Tehranla Vaşinqton arasında gərginliyin aradan qaldırılması üçün Vyanada İran-ABŞ sammitinin keçirilməsi təklifini edib.

Son.az axar.az-a istinadən xəbər ki, bu barədə o, "Bild am Sonntag" qəzetinə müsahibəsində deyib.

"Təbii ki, İranla ABŞ yenidən danışıqlar aparmaq istəsə, Vyana bu danışıqların baş tutacağı məkan olmağa hazırdır", - Kurtz qeyd edib.

O, Avsriya paytaxtında bir neçə dəfə İranın nüvə proqramı ilə bağlı danışıqların keçirildiyini xatırladıb.