Kürdəmirdə avtomobil aşdı,


Digərləri 05 Yan 2020 12:49:00 176 0

Kürdəmirdə avtomobil aşdı,

Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Hadisə Ağsu-Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Elxan Tümərxan oğlu "Mercedes" markalı avtomobillə Zərdab istiqamətində hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb. Hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.