Avstraliyaya yanğınları söndürmək üçün 100dən çox insan göndərilib


Dünya 05 Yan 2020 10:13:00 132 0

Avstraliyaya yanğınları söndürmək üçün 100dən çox insan göndərilib

ABŞ Avstraliyadakı yanğınların söndürülməsinə kömək etmək üçün 100-dən çox insan göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzində bildiriblər.

Vurğulanıb ki, son dörd həftə ərzində ABŞ, Kaliforniya ştatı da daxil olmaqla, bütün ölkədən Avstraliyaya 100-dən çox yanğınsöndürən göndərib:

"Yaxın gələcəkdə bu iş üçün daha çox resurs səfərbər etmək planları var. Avstraliyalı həmkarlarımızla sıx işləyirik və onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".