Tehranın BMTdəki nümayəndəsi: “ABŞ İrana qarşı müharibəyə başlayıb”


Dünya 04 Yan 2020 17:03:00 106 0

Tehranın BMTdəki nümayəndəsi: “ABŞ İrana qarşı müharibəyə başlayıb”

Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni bölməsinə başlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı CNN telekanalına müsahibəsində deyib.

İranlı diplomat xatırladıb ki, ABŞ hələ 2018-ci ildən iqtisadi sahədə birtərəfli qaydada Tehranla döyüşərək, İran xalqına güclü təzyiq göstərir.

"Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran lazım bildiyi qaydada cavab verəcək. Bu cür cavabın (qisasın - red.) vaxt və yerini İran müəyyənləşdirəcək", - deyə Taht-Ravançi qeyd edib.