Gəncədə məktəblini maşın vurdu


Digərləri 04 Yan 2020 16:21:00 159 0

Gəncədə məktəblini maşın vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində "VAZ 21014" markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.