Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub


Kriminal 04 Yan 2020 15:57:00 80 0

Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub

Muğam sənətinin ocağı funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzi 2019-cu ilə uğurla yekun vurub.

Son.az-ın məlumatına görə, yola saldığımız il BMM üçün yaradıcılıq və konsert fəaliyyəti baxımından əlamətdar illərdən biri olub. Belə ki, son 4 ay sentyabr-dekabr ayları ərzində Mərkəzdə Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə çoxsaylı tədbir və konsertlər reallaşdırılıb. Təkcə onu qeyd etmək yerinə düşər ki, may ayında mərkəzdə 32 konsert proqramı keçirilmişdisə, noyabr və dekabr aylarında bu konsertlərin sayı hər ay üçün 48 və 51 rəqəmini üstələyib.

Belə ki, BMM-nin layihələri, "Unudulmayanlar", "Muğam axşamları", "Etnik musiqi inciləri", "Sirlər xəzinəsi", "Qəzəllər" , "Aşıq musiqisi axşamları" çərçivəsində təşkil edilən konsertlər adından da göründüyü kimi milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir. "Unudulmayanlar" layihəsi çərçivəsində unudulmaz xanəndələr Seyid Mirbabayev, Sara Qədimova, Əbülfət Əliyev, Qədir Rüstəmova həsr olunmuş xatirə gecələri , "Muğam axşamları" layihəsi əsasında "Şur", "Rast", "Bayatı Şiraz", "Çahargah" muğamları dəstgah şəklində muğamsevərlərə təqdim olunmuşdur. "Klassik musiqi axşamları", "Klassik ifaçılıq məktəbimizin görkəmli nümayəndələri" kimi layihələr isə klassik musiqinin, Azərbaycan bəstəkarlıq məktəbinin təbliğinə yönələn ideyalardır. Bu layihələr çərçivəsində klassik musiqi ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin konsert və yubileyləri qeyd edilmiş, həm yerli həm də xarici ifaçıların çoxsaylı konsertləri həyata keçirilmiş, layihə çərçivəsində klassik musiqi ifaçılarının, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilib. BMM-nin səhnəsində rusiyalı bəstəkar və ifaçı Senya Son, violin ifaçısı Sergey Doqadin, Maykl Qutman (violin) və Olqa Domninanın (piano), dünyaca məşhur caz ustalarından Jeymi Devis, Denise King və digərlərinin konsertlərini qeyd edə bilərik.

Ənənəvi olaraq təşkil edilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının konsertləri və digər beynəlxalq layihələrin konsertləri mərkəzdə uğurla reallaşdırılıb. Mövsüm ərzində eləcə də səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlər xalqların bir-birinin etnik musiqisinin tanımasına xidmət etməklə beynəlxalq əməkdaşlıq üçün yeni yollar açıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində BMM-nin səhnəsində Gürcüstan, Özbəkistan, Meksika, Çin, İndoneziya, Hindistan, Avstriya və digər ölkələrdən olan musiqiçilərin konsertləri keçirilib. 12-14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin iştirakı ilə macar xalq musiqisi, klassik və caz musiqisindən ibarət "Macarıstan musiqisi axşamları " adlı 3 günlük layihə- konsertlər təqdim olunub.

Bu ilin oktyabr ayında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşan möhtəşəm tədbirlərdən biri də Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən "Dəyirmi masa" layihəsi Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusuna həsr edilmişdi. Eləcə də Tbilisidə BMM-nin təşkilatçılığı ilə "Qarabağ" muğam qrupunun konserti də keçirildi ki, bu layihə böyük əks sədaya səbəb oldu. Qarşılıqlı əlaqənin nümunəsi kimi Gürcüstanın "Nanina" Qadın Xalq Çalğı Alətləri ansamblı, "Eqari" etno-caz qrupu bizim musiqiçilərlə eyni səhnəni bölüşdülər. BMM konsert fəaliyyətini təkcə öz səhnəsində reallaşdırmaqla işini yekunlaşdırmadı. Belə ki, mütəmadi olaraq regionlarda (Ağdam, Füzuli, Horadiz, Şamaxı) eləcə də Bakıətrafı qəsəbələrdə muğam ifaçılarının konsertlərini təşkil edildi. "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarında xanəndələron ifasında təsnif və xalq mahnıları təqdim edildi. Elmi -tədqiqat sahəsində işlərini davam etdirən mərkəz "Dəyirmi masa " layihəsi çərçivəsində bir sıra tədqiqat işləri ərsəyə gətirib. Bu işlər nəticəsində eləcə də BMM -nin nəşri olan kitablar və monoqrafiyalar nəşr edilərək ictimaiyyətə təqdim olunub. Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu "Azərbaycan tarı: dünən, bu gün və sabah", Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri", "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" , Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ",Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" elmi tədqiqat mövzulu dəyirmi masalarda alim və mütəxəssislərin çıxışlar edərək bu sahələr üzrə təcrübələrini bölüşüblər.

Sumqayıtda 35 yaşlı kişi meyiti tapılıb like
  • 04 Yan 15:54  
Digərləri Sumqayıtda 35 yaşlı kişi meyiti tapılıb

Sumqayıtda mənzildən 35 yaşlı kişi meyiti tapılıb.

arrow Ətraflı
Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb like
  • 04 Yan 15:53  
Digərləri Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini ir

arrow Ətraflı
Niderland turistlər üçün yeni vergi tətbiq edib like
  • 04 Yan 15:52  
Dünya Niderland turistlər üçün yeni vergi tətbiq edib

Amsterdam ilin əvvəlindən yeni turist vergisinin tətbiqinə başlayıb.

arrow Ətraflı
FHN-in rüşvətə görə tutulan keçmiş inspektorunun şikayəti əsasında məhkəmə başlayıb like
  • 04 Yan 15:50  
Sosial FHN-in rüşvətə görə tutulan keçmiş inspektorunun şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhri

arrow Ətraflı
Məşhur rejissor generalın ölümünə görə Trampı tənqid etdi like
  • 04 Yan 15:46  
Dünya Məşhur rejissor generalın ölümünə görə Trampı tənqid etdi

ABŞ-ın "Oskar" mükafatını qazanmış müxalifyönlü məşhur rej

arrow Ətraflı
Qətər naziri Tehrana gedir like
  • 04 Yan 15:41  
Dünya Qətər naziri Tehrana gedir

Qətərin xarici işlər naziri Əmiri Məhəmməd Bin Əbdürrəhman Bin Casim

arrow Ətraflı
Baş həkimə qarşı 125 min manat dələduzluq edən şəxslər apellyasiya şikayəti veriblər like
  • 04 Yan 15:36  
Sosial Baş həkimə qarşı 125 min manat dələduzluq edən şəxslər apellyasiya şikayəti veriblər

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə və dəl

arrow Ətraflı
Yol kənarında dayanan maşına çırpıldı, like
  • 04 Yan 15:35  
Digərləri Yol kənarında dayanan maşına çırpıldı,

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Maşını aşıran sürücü hadisə yerində öldü like
  • 04 Yan 15:30  
Digərləri Maşını aşıran sürücü hadisə yerində öldü

Yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub like
  • 04 Yan 15:28  
Digərləri Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub

Beynəlxalq Muğam Mərkəzi 2019-cu ili rekord rəqəmlərlə dekabr ayında 51

arrow Ətraflı
"Ermənistan İrana xəyanət etdi, biz də Azərbaycana haqq mübarizəsində dəstək verməliyik" like
  • 04 Yan 15:19  
Dünya "Ermənistan İrana xəyanət etdi, biz də Azərbaycana haqq mübarizəsində dəstək verməliyik"

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının

arrow Ətraflı
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib like
  • 04 Yan 15:08  
Siyasət Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik mə

arrow Ətraflı
Süleymani bu səbəbə görə öldürülüb like
  • 04 Yan 15:02  
Dünya Süleymani bu səbəbə görə öldürülüb

ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı general Qasım

arrow Ətraflı