Sumqayıtda 35 yaşlı kişi meyiti tapılıb


Digərləri 04 Yan 2020 15:54:22 113 0

Sumqayıtda 35 yaşlı kişi meyiti tapılıb

Sumqayıtda mənzildən 35 yaşlı kişi meyiti tapılıb.

Bakı. Sumqayıtda mənzildən 35 yaşlı kişi meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.