Məşhur rejissor generalın ölümünə görə Trampı tənqid etdi


Dünya 04 Yan 2020 15:46:00 103 0

Məşhur rejissor generalın ölümünə görə Trampı tənqid etdi

ABŞ-ın "Oskar" mükafatını qazanmış müxalifyönlü məşhur rejissoru Maykl Mure iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra amerikan xalqına çağırış edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Tvitter mesajındaprezident Donald Trampı tənqid edib. M. Mure çağırışında həmçinin valideynlərə oğlanlarını və qızlarını iki illik müharibəyə göndərmək üçün hazır olmağa səsləyib.

Qeyd edək ki, məşhur rejissor 2016-cı ildə prezident seçkiləri vaxtı "İn Trump land" adlı bir sənədli film çəkmişdi. Həmin filmdə Tramp haqqında tənqidi fikirlərini dilə gətirmişdi.