İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib


Dünya 03 Yan 2020 19:19:00 130 0

İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib

İŞİD terror təşkilatının üzvü olmuş 150 nəfər əcnəbi terrorçu Türkiyədən deportasiya edilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Türkiyə Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən deportasiya edilən İŞİD terrorçularının sayı 150-yə çatıb.

Nazir müavini Türkiyədən öz ölkələrinə qayıdan suriyalı miqrantların da sayını açıqlayıb. O qeyd edib ki, Suriyaya qayıdan miqrantların sayı 373 592 nəfərdir.