Dünyada maraqlı Yeni il qarşılamaları gül ləçəkləri olan suda çimmək,


Dünya 03 Yan 2020 18:54:00 190 0

Dünyada maraqlı Yeni il qarşılamaları  gül ləçəkləri olan suda çimmək,

Yeni il dünyanın müxtəlif ölkələrində böyük coşğu və sevinclə qarşılanır desək, yəqin ki, yanılmarıq. Hamı bu bayramı möhtəşəm hislərlə qarşılasa da, hər ölkənin bayramı keçirmək adət-ənənəsi fərqlidir.

Son.az bildirir ki, Modern.az dünya ölkələrinində Yeni ilin necə qarşılanması və qeyd edilməsi ilə bağlı kiçik araşdırma edib.

İNGİLTƏRƏ

İngiltərədə "evə ilk gələn insan" anlayışı çox önəmlidir. Yəni, xalq olaraq ingilislər düşünür ki, Yeni il daxil olan kimi evə kim gəlsə onlara uğur gətirəcək. Buna görə saat 00:00-ı keçən kimi ən gözlənilən qonaq yaraşıqlı bir kişi olur. Onlar düşünür ki, əgər evə gənc, sağlam və yaraşıqlı bir kişi qonaq gələrsə, il uğurlu keçər. Bayram günü uşaqlar səhər tezdən oyanıb küçəlrə çıxır, şən mahnılar oxuyurlar. Uşaqların hava qaralandan sonra küçədə gəzməsini isə ingilislər uğursuzluq kimi qiymətləndirirlər. İngiltərənin bəzi ərazillərində köhnə adət-ənənələr də öz aktuallığını itirməyib. Belə ki, təsərrüfatla məşğul olan bəzi cütlüklər bayram səhəri öz həyətyanı ərazi və ya tarla, bağda yararlı olmayan məhsulu yandırıb, növbəti ilin daha məhsuldar olacağını düşünürlər.

ABŞ

ABŞ-da bayram günü "Hoppin John" adlı maş lobya bişirilir. Ümumiyyətlə, amerikalılar lobyanın tək yeni il bayramında yox, bütün il boyu bişirilməsinin uğur gətirəcəyini düşünürlər. Bayram günün ən məşhur adəti isə Nyu-Yorkda böyük ölçülü kristal topun binanın damından aşağıya doğru atılıb, sındırılmasıdır. Yeni ilin daxil olmasına saylı dəqiqələr qalmış Nyu-Yorkda hündür binanın üzərindən aşağı doğru atılan kristal topu illərdir ki, təkcə internet vasitəsilə milyarddan çox insan izləyir. Normalda amerikalılar 25 dekabr, yəni İsanın doğum gününü xüsusi qeyd etsələr də,Yeni il bayramı günü qonaqlıqlara gedib, axşam sevdikləri komandanın oyununu izləməyə üstünlük verirlər .

YAPONİYA

Yapon xalqı Yeni ilin ilk üç günü yemək  bişirməyin uğursuzluq gətirdiyni düşünür. "Ömisoka"  adlandırılan 31 dekabrı yaponlar ilin ən önəmli ikinci günü hesab edirlər. İlin ən önəmli günü isə 1 yanvardır. Bayram günlərində bu xalq təmizliyə çox önəm verir, ev, ofis və məktəblərdə təmizlik işləri görünür, axşam ən sevimli yemək bişirilir. Normalda, dünya ölkələrində hind toyuğunun bayram gününün ənənəvi yeməyi olsa da, yaponlar bayram axşamı "toshikoshiudon" adlanan ən uzun spagetti bişirirlər. Uzun spagetti bir ildən digər ilə qədər uzanan ömür yolunu təsvir edir.Yaponiyanın hər yerində bir növ alkoqollu spirtli içki hesab edilən "amazake" gecə yarısına qədər gözləmək üçün meydanlara toplaşan insanlara paylanır.

ARGENTİNA

Dünyanın əksər böyük ölkələrindən fərqli olaraq Argentinada insanlar bayram axşamını klublarda, qonaqlıqlarda və küçədə keçirməyi sevmir. Bayram günü  axşam 21:00-da artıq hər kəsi iş yerlərini bağlayıb evə toplaşır. Cənubi Amerikanın bəzi yerlərində olduğu kimi bu ölkədə də əgər bayram axşamı kimsə əlində çamadanla şəhəri gəzməyə çıxırsa, həmin şəxsin ilboyu səyahət edəcəyi düşünülür. Eyni zamanda, Argentinada axşam paxla yeyərək yatmağın il ərzində uğur gətirəcəyinə də inam var.

PERU

Peruda bayram axşamı üzümü çox yeməyin il ərzində uğur gətirəcəyi düşünülür. Ölkənin paytax şəhəri Lima küçələri bayram günü böyük şənliklərə ev sahibliyi etmir. Yaşlı nəsildən fərqli olaraq Peruda gənclər bayram axşamı dəniz kənarında oturmağı, yeni ilə dəniz sahilində girməyi sevirlər. Hətta siz bir qədər geciksəniz, sahildə oturmaq üçün yer də tapa bilməzsiniz. Eyni zamanda, Peruda insanlar bayram günü gül ləçəkləri olan suda çimməyin şans yaradacağını da düşünürlər".

BRAZİLİYA

Yay-qış Braziliya isti bir ölkə olduğu üçün yanvar ayı burada yayı təmsil edir. Yeni il,  bayram kimi qeyd edilməklə yanaşı həm də turizm mövsümününü açılışı kimi xüsusi qeyd edilir. Ölkə bayram çərçivəsində bir çox oyunlara, "Müqəddəs Silvester Marafonunu"na ev sahibliyi edir. Marafon zamanı küçələrdə böyük insan axınına da rast gəlinir. 31 Dekabr axşma saat 00:00 olan kimi ölkədə böyük atəşfəşanlıq təşkil olunur, küçələr işığa qərq olur.

KUBA

Kubada bayram axşamı insanlar evin hər iki qapısını açıq qoyurlar. Onlar bununla köhnə ili yola salıb, Yeni ili qarşıladıqlarını düşünürlər. Kubalıların çoxu bayramı pivəxana və restoranda keçirməyi sevir. Bayram günü ilin hər ayı üçün bir gilə üzüm yemək Kubanın qədim adətlərindəndir. Digər Cənubi Amerika ölkələrində olduğu kimi burada da insanlar bayram günü ən bahalı və gözəl paltarlarını geyinib, əllərində boş bir çamadanla evin ətrafında gəzirlər. Bu üsulla onlar il ərzində edəcəkləri səyahətin ancaq xeyir işlər üçün olacağını düşünürlər.

FRANSA