Fərqli xalqların fərqli Yeni il süfrəsi


Digərləri 03 Yan 2020 18:49:00 362 0

Fərqli xalqların fərqli Yeni il süfrəsi

Hər bir xalqın öz kulinar ənənələri var. Milad Bayramı və Yeni ildə süfrələrə qoyulan hər bir təamın həmin xalq üçün xüsusi mənası, mahiyyəti olur.

Danimarka

Bu ölkədə Milad bayramında süfrəyə bişmiş qaz, farş olunmuş meyvə, kartof və qırmızı kələmlə bişirilmiş donuz ət süftədə olmalıdır. Desert kimi isə müxtəlif giləmeyvələrin də qatıldığı qryutse adlı düyü sıyıqı təqdim olunur. Danimarkalılar əsasən. Süfrədə içki növü kimi qleq və pivə içirlər.

Nepal

Hinduzimə sitayiş edən Nepalda Yeni il aprelin ortalarında qeyd olunur. Bisket Catra adlanan bayram daha çox teatrlaşdırılmış səhnələri ilə diqqət cəlb edir. Burda əsas yemək mərcimək, pomidor, soğan, düyü və ədviyyatların qatıldığı dal bat təamıdır.

İtaliya

Katolik ölkəsi sayılan İtaliya Yeni ili və Milad bayramını çılğın şənliklərlə qeyd edir. Bu zaman süfrədə mütləq donuz kolbasası - kotekino mütləq olmalıdır. Özü də bu kolbasa ev sahibi xanım tərəfindən şəxsn hazırlanmalıdır. Uzunömürlülük simvolu mərcimək də masadan əskik olmamalıdır.

Meksika

Meksikalılar acılı yeməklər sevirlər. Farş edilmiş hinduşka, qarğıdalı, lobya və romeritos (əsas inqridientləri krevetka və kartofdu) meksikalıların əsas təamları sayılır. İçkilərdən isə yüngül çaxırlar, punş və tekilaya üstünlük verilir.

Vyetnam