Azərbaycan ötən il ixracı artırıb
Digərləri 03 Yan 2020 18:07:00 150 0
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.
İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən məmulatlar ixrac edib.
Azərbaycanın ixrac etdiyi məhsulların məbləğinə görə ilk beşliyi:
Məhsulun adı
Yanvar-noyabr 2019-cu il
Yanvar-noyabr 2018-cu il
miqdar
məbləğ (min $)
miqdar
məbləğ (min $)
Neft, ton
29 129 959,81
14 006 510,50
27 143 456.10
14 621 241.23
Təbii qaz, min kubmetr
10 464 906,73
2 078 693,83