Xalq şairi generalın məktubunu niyə cırdı?


Digərləri 03 Yan 2020 18:10:00 150 0

Xalq şairi generalın məktubunu niyə cırdı?

Bu gün xalq şairi Osman Sarıvəllinin (1905-1990) doğum günüdür.

Son.az Kult.az-a istinadən Osman Sarıvəlli ilə bağlı 7 faktı təqdim edir.

1. Osman Sarıvəllinin xalq şairi, dostu Səməd Vurğuna böyük sevgisi olub. Hər zaman onu xatırlayar, haqqında həsrətlə danışardı.

2. Səməd Vurğunu qardaşı kimi sevsə də, onun haqqında hazırlanmış "Qalacaqdır dünyada" adlı xatirələr toplusunda yazısı çap olunmayıb. Səbəbini soruşanda deyib ki, o kitabda elə müəlliflər xatirə çap elətdiriblər ki, onlar vaxtilə Səmədin ölümünə fərman vermək istəyir, üzünə gülür, kürəyinə bıçaq endirirdilər.

3. O, "Xalqlar dostluğu" ordeniylə təltif olunanda gülə-gülə deyib ki, gərək bundan ikisini verəydilər - birini də ilham pərim Səyalı xanıma.

4. General Əliağa Şıxlinskinin ədəbiyyata böyük marağı olub. O, hətta tərcümə etdiyi şeirləri Osman Sarıvəlliyə göndərib fikrini öyrənmək istəyib. Lakin Osman Sarıvəlli generalın məktubunu cırıb. Sonralar bu hərəkətini belə izah edib:

"Mən o vaxt Çar və Müsavat generalına hansı cəsarətlə məktub yaza bilərdim? Axı, o vaxtlar otuzuncu illərin repressiyası tüğyan edirdi".

5. Osman Sarıvəlli ilə Səməd Vurğunun maraqlı deyişmələri, söhbətləri bu gün dillərdə gəzir. S.Vurğun Osman Sarıvəllinin 50 illik yubileyində onu bu şeirlə təbrik edib: