35 yaşlı kişi yol qəzasının qurbanı oldu


Digərləri 03 Yan 2020 17:45:51 126 0

35 yaşlı kişi yol qəzasının qurbanı oldu

Gədəbəy rayon sakini R.Alıyev “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub

Bakı. Yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Gədəbəy rayon sakini R.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.